Milli komandaların Gəncə hazırlığı yekunlaşdı

14.06.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kişi basketbolçulardan ibarət Azərbaycanın əsas, U20 və U18 millilərinin Gəncə təlim-məşq toplanışı başa çatıb.

Futbolpress.az xəbər verir ki, baş məşqçi Tahir Baxşıyev hazırlığı dəyələndirib:

“Gəncə toplanışı məhsuldar keçdi. Qarşıda bizi Belarusla iki yoldaşlıq oyunu gözləyir. Son rəsmi oyunlarda qələbə qazanmaq üçün gücümüz də, inamımız da var.”

Əsas yığma Avropa çempionatı 2029-un ilkin seçmə mərhələsinin son oyunlarına, U20 və U18 milliləri isə Avropa çempionatlarına hazırlığını davam etdirir.

Hazırlığın növbəti mərhələsi Bakıda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью