Milli komandamız İrlandiyaya qarşı İdmanXəbər

16.11.2024

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində 2-ci oyununu keçirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 7-ci qrupda yer alan millimiz İrlandiya yığması ilə üz-üzə gələcək. Moldovanın paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda təşkil olunacaq qarşılaşmanı serbiyalı baş hakim idarə edəcək.

Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

16 noyabr

14:00. İrlandiya – Azərbaycan

Baş hakim: Miloş Milanoviç (Serbiya)

Baş hakimin köməkçiləri: Novak Novakoviç (Serbiya), Qennadi Lisita (Moldova)

Dördüncü hakim: İqor Boska (Moldova)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью