Milli komandamızda oynayan futbolçu Bosniya və Herseqovina klubuna keçir?

01.12.2024

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin “Boluspor”dan ayrılacağı dəqiqləşib.

Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi Türkiyə klubunda tez-tez oynamaq şansı tapmadığı üçün bu addımı atıb.

İsgəndərli "Sarayevo"ya keçidə yaxındır. Belə ki, onun böyük ehtimalla qışda Bosniya və Herseqovina klubuna keçəcəyi gözlənilir.

Danışıqlarda son anda hansısa problem çıxmasa, qışdan sonra İsgəndərlinin "Sarayevo"ya transferi baş tutacaq. Ən pis halda isə onun icarəyə yollanması baş tuta bilər.

Vüsal İsgəndərlinin "Boluspor"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью