Milli komandamızın heyəti AÇIQLANDI

08.11.2024

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb. 
Bizim.Media xəbər verir ki, portuqaliyalı mütəxəssis noyabrın 11-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib: 
Qapıçılar: Nicat Mühbalıyev ("Sabah"), Rza Cəfərov ("Neftçi"), Aydın Bayramov ("Zirə")
Müdafiəçilər: Bəhlul Mustafazadə, Abbas Hüseynov, Bədavi Hüseynov, Elvin Cəfərquliyev (hamısı "Qarabağ"), Rahil Məmmədov ("Radomiak Radom", Polşa), Zamiq Əliyev (“Eqnatia”, Albaniya), Anton Krivotsyuk ("Daejeon Hana Siti", Cənubi Koreya)
Yarımmüdafiəçilər: Coşqun Diniyev ("Bandırmaspor", Türkiyə), Elvin Camalov ("Sabah"), Aleksey İsayev, Toral Bayramov (ikisi də "Qarabağ"), Xəyal Nəcəfov ("Turan Tovuz"), Səbuhi Abdullazadə ("Sumqaylt"), Mustafa Əhmədzadə ("Araz-Naxçıvan") Ceyhun Nuriyev ("Zirə"), Emin Mahmudov ("Neftçi"), Toral Bayramov ("Qarabağ")
Hücumçular: Ozan Can Kökçü (HİK, Finlandiya), Rüstəm Əhmədzadə ("Zirə"), Ramil Şeydayev ("Neftçi"), Mahir Emreli ("Nürnberq", Almaniya), Nəriman Axundzadə ("Qarabağ") 
Rəşad Rafiqoğlu, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью