Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vladimir Petkoviç Əlcəzair yığmasının baş məşqçi vəzifəsindən ayrılmağa yaxındı.
"Football-plus.az" xəbər verir ki, 62 yaşlı bosniyalı mütəxəssis artıq məşqçilər korpusuna milli komandadakı fəaliyyətini başa vuracağını bildirib. Məlumata görə, Petkoviçlə Əlcəzair Futbol Federasiyası arasında qarşılıqlı razılıq əsasında yollar ayrılacaq. Rəsmi açıqlamanın isə yaxın günlərdə veriləcəyi gözlənilir.
Petkoviç 2024-cü ilin fevralında yığmanın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 39 oyun keçirib, 24 qələbə qazanıb, 9 dəfə heç-heçə edib və 6 dəfə məğlub olub.