Milli komandanın kapitanı: “Evdə oynamağın məsuliyyəti böyükdür”

24.08.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan yığmasının kapitanı Ayşən Abduləzimova voleybol üzrə Avropa çempionatına hazırlıq mərhələsi və gözlənilən turnir barədə düşüncələrini bölüşüb.

Futbolpress.az xəbər verir ki, təcrübəli idmançı təlim-məşq prosesinin gərgin rejimdə keçdiyini qeyd edib:

“Avropa çempionatının başlanmasına bir neçə gün qalsa da, məşqlərimiz sıx qrafiklə davam edir. Bir neçə yoxlama oyunumuz oldu. Bu görüşlərdə komandadakı çatışmazlıqları müəyyənləşdirdik, səhvlərimizi gördük. Onları aradan qaldırmaq üçün maksimum çalışırıq, məşqçilərin taktiki və texniki tapşırıqlarını oyunumuzda tətbiq edirik”.

Kollektivin lideri öz azarkeşləri önündə mübarizə aparmağın komandaya əlavə ruh yüksəkliyi verəcəyini diqqətə çatdırıb:

“Öz ölkəmizdə, doğma azarkeşlərimiz qarşısında çıxış etmək bizə əlavə motivasiya verəcək. Əlbəttə, evdə oynamağın məsuliyyəti də böyükdür, lakin meydan və azarkeş amili bizə çox kömək olacaq. Əvvəl də dediyimiz kimi, əsas məqsədimiz qrupda layiqli oyun nümayiş etdirmək və növbəti mərhələyə yüksəlməkdir. Biz də bunun üçün əlimizdən gələni edəcəyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью