Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son Hın Min Cənubi Koreya millisinin tarixində ən çox qol vuran futbolçu olub.
QOL.az xəbər verir ki, 6 oktyabrda Özbəkistanla keçirilən yoldaşlıq oyununda Cənubi Koreya 2:0 hesabı ilə qalib gəlib. Görüşün 6-cı dəqiqəsində fərqlənən Son Hın Min milli komandada 59-cu qolunu vurub.
"Koreatimes" nəşrinin məlumatına görə, bununla da 34 yaşlı hücumçu Çha Bom Qunun rekordunu yeniləyib. Çha Bom Qun 1980-ci illərdə Cənubi Koreya millisində 58 qol vurub.
Qeyd edək ki, Son Hın Min həmçinin milli komandanın ən çox oyun keçirən futbolçusudur. O, Cənubi Koreyanın heyətində 151 matça çıxıb.
Xatırladaq ki, hücumçu 2014, 2018, 2022 və 2026-cı illərdə dünya çempionatlarında iştirak edib. 2025-ci ilin avqustundan MLS-də çıxış edən “Los-Anceles”də oynayır.