Milli komandanın reytinqdə mövqeyi dəyişməyib

19.12.2024

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

Milli komandaların FİFA reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin 2024-cü il üçün yekun cədvəldəki mövqeyi bəlli olub.

Hesabat dövründə heç bir matç keçirməyən yığmamızın mövqeyi dəyişməyib. Fernandu Santuşun komandası ilin son siyahısında dünyanın 117-cisidir. Komandamızın hesabında 1158,70 xal var.

Qeyd edək ki, 2024-cü ili Argentina zirvədə başa vurub – 1867,25 xal.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью