Milli komandanın üzvləri yeniyetmə futbolçularla görüşüblər

13.11.2024

Cbcsport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycan millisinin üzvləriı Qəbələ Futbol Akademiyasının yeniyetmə futbolçuları ilə görüşüblər.

Məşqdən sonra baş tutan görüş zamanı yığma üzvləri yeniyetmələrə top və imzalı formalar hədiyyə ediblər.

Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində noyabrın 16-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью