Milli komandanın üzvü: Yığmada əhvalruhiyyə yüksək səviyyədədir

13.12.2024

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"İsveçlə oyunda azarkeşlərimizi sevindirmək istəyirik". Sport24.az xəbər verir ki, bunu AVRO-2026-nın əsas mərhələsində İsveçlə üz-üzə gələcək Azərbaycan futzal millisinin üzvü Mirzə Əmirov jurnalistlərə açıqlamasında deyib.

O, Bakıda təlim-məşq toplanışı keçən yığmanın qarşıdakı görüşə ciddi hazırlaşdığını bildirib:

"Dekabrın 9-da təlim-məşq toplanışına start verdik. Yığmada əhval-ruhiyyə yüksək səviyyədədir. İsveçlə oyuna yaxşı hazırlaşmışıq. Baş məşqçimizin verdiyi tapşırıqları layiqincə yerinə yetirmək istəyirik. İnşallah, bu matçda azarkeşlərimizə qələbə sevinci bəxş edəcəyik".

Qeyd edək ki, Azərbaycan - İsveç oyunu dekabrın 17-də, saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью