Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyada azərbaycanlı tələbələrin şüarları ilə bağlı yaradılmış süni gərginlik artıq aradan qaldırılıb.
Belə ki, Rusiya İstintaq Komitəsi Rusiya hökuməti yanında Maliyyə Universitetinin əcnəbi tələbələrinin şüarlarında ekstremizm faktları aşkar etmədiyini açıqlayıb.
Azərbaycan xalqı və dövlətinə qarşı daha bir təxribatın qarşısı alınıb, ancaq hər bir hadisədən çıxarılması olan dərslər mütləq ki var.
Əgər vaxtında dərs çıxarmasaq... Məsələnin bu əmması yazının sonunda hər birimizə agah olacaq... Nə baş vermişdi?
Rusiya hökuməti nəzdində Moskva Maliyyə və Hüquq Universitetində (MMHU) "Mənim Vətənim: böyük və kiçik" adlı tələbə festivalı keçirilib.
Tədbir çərçivəsində MMHU-nun Azərbaycan klubuna dəstək məqsədilə digər universitetlərdən olan tələbələr - Azərbaycan diasporunun nümayəndələri də qoşulublar.
Festivaldan sonra azərbaycanlı gənclər doğma dildə "Yaşasın Azərbaycan!" şüarını səsləndirməyə başlayıblar.