Milli Məclis adından Prezident və Birinci vitseprezidentə təbrik məktubları ünvanlanıb

29.12.2024

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Milli Məclis adından Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubları ünvanlanıb.

APA xəbər verir ki, bu təkliflə parlamentin payız sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib.

Deputatlar təklifi dəstəkləyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью