Milli Məclis Aparatının 2 əməkdaşı hakim təyin olundu

02.12.2024

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Məclis Aparatının 2 əməkdaşı hakim təyin olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyevin "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında" Sərəncamı ilə hakim təyin olunmuş şəxslər arasında Milli Məclis Aparatının 2 əməkdaşı da var.

Həmin sərəncama əsasən, Milli Məclis Aparatının əməkdaşları Müslümov Bəhruz Firizman oğlu Gəncə Ağır Cinayətlər Məhkəməsinin, Leyla Şahin qızı Şövkətli-Mənsimli isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimləri təyin olunublar.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью