Milli Məclis Aparatının 2 əməkdaşı hakim təyin olunub

02.12.2024

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Milli Məclis Aparatının 2 əməkdaşı hakim təyin olunub.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyevin “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” Sərəncamı ilə hakim təyin olunmuş şəxslər arasında Milli Məclis Aparatının 2 əməkdaşı da var.

Həmin sərəncama əsasən, Milli Məclis Aparatının əməkdaşları Müslümov Bəhruz Firizman oğlu Gəncə Ağır Cinayətlər Məhkəməsinin, Leyla Şahin qızı Şövkətli-Mənsimli isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimləri təyin olunublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью