Milli Məclis Aparatının 2 əməkdaşı hakim təyin olunub

02.12.2024

Icma.az, Anews saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclis Aparatının 2 əməkdaşı hakim təyin olunub.

Prezident İlham Əliyevin "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” Sərəncamı ilə hakim təyin olunmuş şəxslər arasında Milli Məclis Aparatının 2 əməkdaşı da var.

Həmin sərəncama əsasən, Milli Məclis Aparatının əməkdaşları Müslümov Bəhruz Firizman oğlu Gəncə Ağır Cinayətlər Məhkəməsinin, Leyla Şahin qızı Şövkətli-Mənsimli isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimləri təyin olunublar.
www.anews.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью