Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Milli Məclis Azərbaycan və Somali arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında sazişi ratifikasiya edib.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Məsələ sonda səsə qoyularaq qəbul edilib.
Xatırladaq ki, fevralın 12-də Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana səfəri çərçivəsində bir neçə sahə üzrə imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.
Mərahim Nəsib