Milli Məclis daha bir sazişi təsdiqlədi

30.09.2026

Icma.az, Yenicag saytına istinadən bildirir.

Yenicag.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью