Milli Məclis dünya azərbaycanlılarına müraciət edib

29.12.2024

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclis 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət edib.

"Unikal" xəbər verir ki, bununla bağlı "Dünya azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Milli Məclisin müraciətinin təsdiq edilməsi haqqında" qərar layihəsi parlamentin payız sessiyasının sonuncu iclasında müzakirəyə çıxarılıb.

Müraciəti Milli Məclisin deputatı Samir Vəliyev oxuyub. Daha sonra qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью