Milli Məclis gələn il ehtiyac meyarını təsdiq etdi

17.11.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Turkustan.az xəbər verir ki, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2027-ci il üçün ehtiyac meyarının həddinin 314 manat məbləğində təsdiq edilməsi təklif edilir.

Bu Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью