Milli Məclis gələn il üçün yaşayış minimumunu I oxunuşda qəbul etdi

27.11.2024

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin bu gün keçirilən iclasında “2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Teleqraf.com xəbər verir ki, layihədə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью