Milli Məclis gələn ilin dövlət büdcəsini birinci oxunuşda qəbul etdi

26.11.2024

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.

"Report" xəbər verir ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 316 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5.3% çox), xərclərinin isə 41 milyard 367.6 milyon manat (4.1% çox) olacağı gözlənilir.

Son nəticədə büdcədə 3 milyard 51.6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9% azdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью