Milli Məclis payız sessiyasında 84 qanun, 41 qərar qəbul edib

29.12.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

Milli Məclis payız sessiyasında 16 iclas keçirib, 84 qanun, 41 qərar qəbul edib.

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında sessiyanın yekunları ilə bağlı çıxış edərkən deyib.

Payız sessiyası və il ərzində görülən işlər haqqında məlumat verən spiker diqqətə çatdırıb ki, indiyə qədər olduğu kimi, Milli Məclisin fəaliyyəti Azərbaycan Prezidenti İlham Əliyevin VII çağırış Milli Məclisin birinci iclasında verdiyi tövsiyələr əsasında qurulub.

Spiker Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətlərinin tam yerinə yetirildiyini qeyd edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью