Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Milli Məclis “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi barədə qanun layihəsini birinci oxunuşda qəbul edib.
SİA xəbər verir ki, sənəd parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının 2023-cü il noyabrın 20-dən dekabrın 15-dək keçirilmiş Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları ilə qəbul edilən “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri” Azərbaycanın müvafiq bəyanatı ilə təsdiq edilir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.