Milli Məclisdə AMBnin pul siyasəti ilə bağlı təqdimat keçiriləcək

07.11.2024

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaxın günlərdə Milli Məclisdə Azərbaycan Mərkəzi Bankının (AMB) qarşıdakı dövrdə pul siyasətinin istiqamətləri ilə bağlı geniş təqdimat keçirilməsi nəzərdə tutulur.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib.

Onun sözlərinə görə, təqdimat AMB-nin sədri Taleh Kazımovun təşəbbüsü ilə baş tutacaq.

"Pul siyasəti ilə maraqlanan deputatlar bu barədə məlumatlandırılacaq", - deyə deputat qeyd edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью