Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək

06.12.2024

Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək

Milli Məclisdə dekabrın 6-dan 8-dək "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq parlament konfransı keçiriləcək.

Bu barədə Sonxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndənin iştirak edəcəyi tədbirdə dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakı müasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparılacaq.

Konfrans çərçivəsində ADA Universitetində "İctimai diplomatiyada parlamentlərin Azərbaycan və Türkiyə nümunəsi" mövzusunda dəyirmi masa da keçiriləcək.

Tədbir iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və orada aparılan tikinti-quruculuq işləri ilə tanışlığı da nəzərdə tutulur.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью