Milli Məclisdə Böyük Qayıdış la bağlı müzakirələr aparılacaq

17.09.2025

Icma.az bildirir, Mia.az portalına istinadən.

Milli Məclisdə işğaldan azad edilmiş ərazilərlə bağlı müzakirələr keçiriləcək. 

Bununla bağlı parlamentin İnsan hüquqları komitəsinin payız sessiyası üzrə iş planına müvafiq məsələlər daxil edilib. 

Bildirilib ki, sessiya müddətində "Böyük Qayıdış"la bağlı Azərbaycanın yeganə təcrübəsi" mövzusunda beynəlxalq İnsan hüquqları və hüquq-müdafiə təşkilatların iştirakı ilə müzakirənin təşkili və işğaldan azad edilmiş ərazilərlə bağlı "Böyük Qayıdış və reinteqrasiya" ilə bağlı qanun layihəsi ətrafında dinləmələrin keçirilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью