Milli Məclisdə demoqrafik vəziyyətlə həyəcan təbili: Problemlə qarşılaşa bilərik

06.11.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Azərbaycanda demoqrafik inkişafla bağlı dövlət proqramının qəbuluna ehtiyac var.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, demoqrafik vəziyyətə bütün dünyada ciddi problemə çevrilib. “Bütün dünyada uşaq doğumu azalır, yaşlı insanların sayı artır.  Bu tendensiya Azərbaycanda da müşahidə olunmaqdadır. 10-15 ildən sonra əmək bazarında problemin yaranması ilə qarşılaşa bilərik. İndidən demoqrafik inkişafla bağlı dövlət proqramı qəbul etməliyik. Bu gənc nəslin sayında azalma problemləri ilə üzləşməməyimiz üçün vacibdir”, - komitə sədri qeyd edib.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью