Milli Məclisdə “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusund…
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 22 oktyabr, AZƏRTAC Oktyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda konfrans keçirilib.AZƏRTAC xəbər verir ki, komitə sədri Azər Əmiraslanov tədbiri açaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər Ordumuzun rəşadəti nəticəsində Azərbaycanın Vətən müharibəsində Qələbə qazanaraq dövlət suverenliyini bərpa etdiyini, regionda yeni reallıqlar yaratdığını bildirib.
Komitə sədri suverenliyin iqtisadi əsaslarının möhkəmləndirilməsinin qarşıda duran mühüm vəzifələrdən biri olduğunu deyib.
Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, bu siyasətin siyasi müstəqilliklə iqtisadi müstəqilliyin vəhdətindən ibarət olduğunu qeyd edib.
Komitə sədri iqtisadi müstəqilliyin mahiyyəti barədə danışaraq bildirib ki, bu, ölkənin iqtisadi siyasətinin xarici təsirlərə məruz qalmayaraq həyata keçirilməsi, müstəqil qərarların verilməsi, dövlətin strateji hədəflərinin, iqtisadiyyatın milli maraqlara uyğun formalaşması, iqtisadi təhlükəsizlik, uğurlu iqtisadi diplomatiya və digər bu kimi amillərlə şərtlənir.
Dövlət suverenliyi və iqtisadi müstəqilik arasında sıx əlaqə mövcuddur.
İqtisadi müstəqillik olmadan real dövlət suverenliyinin, dövlət suverenliyi olmadan isə milli iqtisadiyyatın inkişafı mümkün deyil.
Qeyd edilib ki, siyasi suverenlik milli iqtisadi maraqları qorumaq imkanı yaradır.Azər Əmiraslanov siyasi və iqtisadi müstəqilliyin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin xidmətlərindən söz açıb.
Tam oxu
Xəbəri oxu