Milli Məclisdə gələn il dövlət büdcəsi birinci oxunuşda qəbul edilib

26.11.2024

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Büdcənin gəlirləri 38 milyard 316 milyon, xərcləri 41 milyard 367,6 milyon manat olacaq

2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat olacaq. AYNA xəbər verir ki, bu, Milli Məclisdə birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilən “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu, 2024-cü ilə nisbətən 5,3% çoxdur.

Gələn il dövlət büdcəsinin xərcləri isə 41 milyard 367,6 milyon manat, 2024-cü ilə nisbətən 4,1% çox olacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью