Milli Məclisdə görüşlər

11.06.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisin Sədri Sahibə Qafarova İndoneziyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Berlian Helminlə görüşüb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, investisiya və digər sahələrdə əməkdaşlığı daha da möhkəmləndirmək üçün imkanların olduğu vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi mühüm beynəlxalq təşkilatlarda müsbət əməkdaşlıq və qarşılıqlı dəstəyin mövcud olduğu qeyd edilib. S.Qafarova İndoneziyanın Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində fəal iştirak etdiyini bildirib.

Görüşdə, həmçinin parlamentlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.

Səfir Berlian Helmi də ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsində parlamentlərin rolunu qeyd edərək, fəaliyyəti dövründə digər sahələrdə olduğu kimi, qanunverici orqanlar arasında da əməkdaşlığın inkişafına töhfə verməyə çalışacağını söyləyib.

***

Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannla da görüşüb.

Görüşdə diplomatın ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafı istiqamətində baş vermiş proseslər nəzərdən keçirilib. S.Qafarova Prezident İlham Əliyevin Almaniyaya səfərləri və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə səfərinin münasibətlərin inkişafında mühüm rolunu vurğulayıb.

Söhbət zamanı qanunverici orqanlar arasında da münasibətlərə diqqət yetirilib.

Səfir Ralf Horlemann Azərbaycanda alman irsinə olan münasibəti yüksək qiymətləndirib. O, fəaliyyəti dövründə ölkəmizi daha yaxından tanımaq imkanı əldə etdiyini bildirib və müsbət təəssüratlarını bölüşüb.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью