Milli Məclisdə minatəmizləmə fəaliyyəti ilə bağlı TƏKLİF | Icma.az
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq. "Hazırkı qanun layihəsinin 1-ci maddəsinin 1.1.13-cü bəndində minatəmizləmə fəaliyyətinin hə
Sözügedən maddədə qeyd olunur ki, təhlükəli ərazi partlayıcı sursatların olması ehtimal edilən ərazidir.
Lakin beynəlxalq standartlarda "ehtimal edilən ərazi" kateqoriyası və anlayışı mövcud deyil.
Beynəlxalq minatəmizləmə standartlarında "şübhəli təhlükəli ərazi" və "təsdiqlənmiş təhlükəli ərazi" anlayışları bir-birindən burada görüləcək işin həcminə görə hədsiz fərqləndirilir".
Avtosfer.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Pərvanə Vəliyeva deyib.
Onun sözlərinə görə, şübhəli təhlükəli ərazi - mina və müharibənin digər partlayıcı qalıqlarının mövcudluğuna dair dolayı sübutlar əsasında partlayıcı sursatlarla çirklənmə ilə bağlı əsaslı şübhələrin olduğu ərazidir: "Təsdiqlənmiş təhlükəli ərazi - partlayıcı hərbi sursatların mövcudluğunun birbaşa sübutu əsasında partlayıcı sursatlarla çirklənmənin mövcudluğu təsdiqlənmiş ərazidir.
Faktiki minatəmizləmə fəaliyyəti standartlara görə təsdiqlənmiş təhlükəli ərazilərdə aparılır.
Qanunun mətni belə qalarsa, minatəmizləmə fəaliyyətinin aparılacağı yer ehtimal olunan təhlükəli ərazi hesab olunacaq.
Tam oxu
Xəbəri oxu