Milli Məclisdə ombudsmanın seçilməsi məsələsinə baxılır

03.11.2026

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin növbəti plenar iclası keçirilir.

SİA xəbər verir ki, iclasın gündəliyinə ümumilikdə 10 məsələ daxil edilib.

Plenar iclasda 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) seçilməsi, Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqavilənin və pensiya təminatı sahəsində əməkdaşlığa dair Sazişin təsdiqi məsələlərinə baxılır.

Bununla yanaşı, iclasda banklar, qiymətli kağızlar bazarı, ətraf mühitin mühafizəsi, hərbi xidmət, miqrasiya, inzibati xətalar və elektron ticarətlə bağlı qanun layihələri müzakirə olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью