Milli Məclisdə “Qərbi Azərbaycana qayıdış prosesində QHT lərin rolu” mövzusunda ictimai dinləmə keçirilir

10.03.2025

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Martın 10-da parlamentdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmə keçirilir.

Tədbirdə Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, hüquqşünaslar, tarixçilər və təhsil ocaqlarının təmsilçiləri iştirak edirlər.

İctimai dinləmədə Qərbi Azərbaycandakı doğma yurd-yuvalarından qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun təmin olunması prosesində QHT-lərin rolu barədə danışılır, Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdışın həyata keçirilməsi üçün görülmüş işlər, qarşıda duran vəzifələr və digər mövzularda müzakirələr aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью