Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı ictimai dinləmə keçirilir AZƏRTAC

02.12.2024

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 2-də Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ictimai dinləmə keçirilir.

AZƏRTAC xəbər verir ki, “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda təşkil olunan ictimai dinləmədə Milli Məclisin deputatları ilə yanaşı, mövzu ilə əlaqədar aidiyyəti qurumların rəhbərləri, alim və tədqiqatçılar, media orqanlarının rəhbər şəxsləri iştirak edirlər.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərli bildirib ki, parlamentdə təkcə 2023-cü ildə Qərbi Azərbaycana qayıdışla bağlı 5 dəfə ictimai dinləmə keçirilib. Bu dinləmələr Milli Məclisin müxtəlif komitələri tərəfindən təşkil edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью