Milli Məclisdə Qərbi Azərbaycanla bağlı ictimai dinləmə keçirilir

02.12.2024

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Parlamentdə 2023-cü ildə Qərbi Azərbaycana qayıdışla bağlı 5 dəfə ictimai dinləmə keçirilib

Bu gün Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ictimai dinləmə keçirilir.

AYNA xəbər verir ki, “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda təşkil olunan ictimai dinləmədə Milli Məclisin deputatları ilə yanaşı, mövzu ilə əlaqədar aidiyyəti qurumların rəhbərləri, alim və tədqiqatçılar, media orqanlarının rəhbər şəxsləri iştirak edirlər.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərli bildirib ki, parlamentdə təkcə 2023-cü ildə Qərbi Azərbaycana qayıdışla bağlı 5 dəfə ictimai dinləmə keçirilib.

Bu dinləmələr Milli Məclisin müxtəlif komitələri tərəfindən təşkil edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью