Milli Məclisdə TƏKLİF: Dövlət qulluqçuları işdən 1 saat tez çıxsın!

26.12.2025

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlərdə yayımlanan bir reportajda bir dövlət qulluqçusu belə demişdi: “8 saat rəsmi işdə, 4 saat isə tıxacda vaxt keçirirəm.” Bu təkcə fərdi narahatlıq deyil, ümumilikdə iş məhsuldarlığına və həyat keyfiyyətinə mənfi təsir göstərən ciddi problemdir. İnsanlar bəzən işə çatmaq üçün 2 saat əvvəl evdən çıxmalı, eyni müddətdə də evə qayıtmalıdır.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında depuata Fazil Mustafa bildirib.

“Bu baxımdan təklif edirəm ki, əgər vətəndaşın iş yerinə çatmaq üçün yolda sərf etdiyi vaxt 2 saatı keçirsə, ona işdən 1 saat əvvəl çıxmaq imkanı verilsin. Bu yanaşma vətəndaşın işə daha enerjili gəlməsinə, keyfiyyətli xidmət göstərməsinə və ümumilikdə dövlət sektorunda məhsuldarlığın artmasına səbəb olacaq.

Bəli, tıxac probleminin birdən-birə tam həlli real deyil. Amma avtobus hərəkətinin təkmilləşdirilməsi, marşrutların optimallaşdırılması və digər nəqliyyat tədbirləri ilə paralel olaraq, insanlara dəstək məqsədilə dövlət qurumlarında çalışanların vəziyyətini yüngülləşdirəcək addımlar atılmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью