Milli Məclisdə XİN nümayəndələrinin iştirakı ilə görüşlər keçiriləcək | Icma.az
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisdə Xarici İşlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə görüşlər keçiriləcək.
Milli.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2026-cı il yaz sessiyası üçün İş Planına daxil edilib.
Belə ki, yaz sessiyasında komitədə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursu çərçivəsində qarşıda duran strateji istiqamətlərin nəzərdən keçirilməsi, o cümlədən yeni geosiyasi və geoiqtisadi reallıqlar fonunda hədəflər və çağırışlarla bağlı müzakirə aparılması məqsədilə Xarici İşlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə komitədə görüşlərin keçirilməsi, zəruri olduğu təqdirdə, müvafiq rəy, təklif və tövsiyələrin verilməsi planlaşdırılır.
Komitənin 2026-cı il yaz sessiyası üçün İş Planına həmçinin aşağıdakı məsələlər də daxil edilib: Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) ilə sıx əməkdaşlıq çərçivəsində xarici ölkələrdə yaşayan soydaşlarımızla və fəaliyyət göstərən Azərbaycan təşkilatları ilə əlaqə saxlayaraq bu əlaqələri inkişaf etdirmək məqsədilə DİDK-nin yüksək vəzifəli rəsmilərinin iştirakı ilə görüşlərin təşkili; Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi ilə əlaqədar işğaldan azad olunmuş torpaqlarımızda erməni hərbi təcavüzünün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması zamanı bölgədə yaranmış yeni reallıqlara uyğun beynəlxalq miqyasda iş aparılması; "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyəti davam etdirmək; Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qrupları və beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətləri ilə görüşlər keçirərək parlamentlərarası fəaliyyəti daha da inkişaf etdirmək məqsədilə beynəlxalq fəaliyyətin əsas istiqamətləri ilə bağlı yardım göstərmək; Regionumuzda, həmçinin dünyada Azərbaycanın milli maraqlarının layiqli və peşəkar səviyyədə müdafiəsi məqsədilə müvafiq dinləmələr keçirmək.
Milli.Az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu