Milli Məclisdən Abşeron yatağı ilə bağlı mühüm qərar KONKRET

24.11.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Milli Məclisin plenar iclasında “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC İnternational ProjectCo 1RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, müzakirələrin yekununda səsverməyə qoyulan qanun layihəsi deputatlar tərəfindən bir oxunuşda qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью