Milli Məclisə ayrılan pul hara xərclənəcək?

21.11.2025

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisin və onun Aparatının saxlanması üçün 52,74 milyon manat təşkil edəcək. Bu smetanın ümumi məbləğinin 75–88%-i əməkhaqqı fondu və əməkhaqqı ilə bağlı ayırmaların payına düşür.

Redaktor.az-ın məlumatına görə, bunu parlamentin bugünkü plenar iclasında Milli Məclis İşlər müdiri Firudin Hacıyev Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib. 

“2026-cı il üçün smetanın əksər xərcləri aşağıdakı sahələrə yönəlib:
- malların, iş və xidmətlərin alınması,
- dəftərxana və təsərrüfat ləvazimatları,
- kompüterlər, kartriclər, server avadanlıqları,
- mebel dəstləri, kristallar,
- nəqliyyat vasitələrinin əsaslı və cari təmiri,
- mətbəə və çap işləri,
- təmizlik və digər təsərrüfat xidmətləri” – deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью