Milli Məclisə “danışmaqxana” deyən deputata spikerdən cavab

17.11.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisdə deputat Səyyad Aran deputatlara verilən çıxış vaxtına etiraz edib.
Bizim.Media xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat çıxış üçün dünənki plenar iclasdakı kimi 10 dəqiqə zaman istəyib.
"Bura Milli Məclisdir, "danışmaqxana"dır. Türkiyədə Böyük Millət Məclisində, Rusiyada danışığa sərhəd qoyulmur. Belə şey olar?!" - deyə o qeyd edib.
Spiker Sahibə Qafarova isə deputata cavabında bildirib ki, çıxış müddətinin 5 dəqiqə olması təklifi səs çoxluğu ilə qəbul edilib:
"Birinci danışmaqxana deyil, parlamentdir. Xahiş edirəm, parlament etikasından və leksikasından istifadə edin. Bu bir, ikinci isə təklif olundu ki, reqlament 5 dəqiqə olsun və səs çoxluğu ilə də bu qəbul edildi. Əgər siz çox bir neçə dəqiqə artıq danışmaq istəyirsiniz, buyurun. Deyin ki, mənə bir neçə dəqiqə verin, mən onu sizə verəcəm. Ancaq siz niyə ittihamla başlayırsınız büdcə məsələsinə? Xahiş edirəm, buyurun, nə qədər istəyirsiniz, ürəyiniz nə qədər istəyir danışın".
Günay Şahmar, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью