Milli Məclisin bugünkü iclası ləğv olundu

04.12.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Milli Məclisinin dekabrın 4-nə planlaşdırılan plenar iclası ləğv olunub.

"Cebheinfo.az" xəbər verir ki, buna səbəb dekabrın 3-də keçirilən iclasda gündəliyə çıxarılan bütün məsələlərin – büdcə zərfinə daxil olan sənədlərin və digər qanunlara əlavə və dəyişikliklər layihəsinin ikinci oxunuşdan keçməsi olub.

Parlamentin növbəti plenar iclasının vaxtı hələ müəyyən olunmayıb. Növbəti iclasda büdcə zərfinə daxil olan sənədlərin üçüncü oxunuşa çıxarılacağı gözlənilir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью