Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüşüb

14.09.2026

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Milli Məclisin deputatı Asif Əsgərov Lahıc kəndində Vətən müharibəsi şəhidi Məmmədov Vüsalın ailəsini ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

Görüşdə millət vəkili 44 günlük Vətən müharibəsində misilsiz şücaət göstərən şəhidlərin mənalı ömür yolunun gənc nəsil üçün örnək olduğunu bildirib. O, rəşadətli Azərbaycan Ordusunun Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımızı azad edərək tarixi Zəfərə imza atdığını qeyd edib.
Daha sonra Asif Əsgərov rayonun Ələsgər kəndində seçicilərlə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью