Milli Məclisin deputatı: Bu biabırçılıqdır | Icma.az
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycan millisinin İslandiyaya 0:5 hesavblı məğlubiyyəti, konkret, biabırçılıqdır!
Buna başqa bir ad vermək və ya haqq qazandırmaq ən azı doğru olmazdı".
İdman.biz bildirir ki, bunu Sportnet.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.
Parlamentin Gənclər və idman komitəsinin üzvü kimi də çalışan İsgəndərov AFFA-nın baş katibi Cahangir Fərəcullayevin fikirləri ilə tam razı olduğunu bildirib: "Komandanın baş məşqçisinin özü istefa verməlidir.
O, millini heç cür formalaşdıra bilməyib. Yığma onun gəlişindən sonra əvvəllər sərgilədiyi oyunun ən zəifini nümayiş etdirir.
Digər tərəfdən, kollektivdə yüksək əhval-ruhiyyənin olmaması, oyunçular, xətlər arasında əlaqələrin zəifliyi və futbolçularda bir növ ruh düşkünlüyünün görünməsi kimi məqamlar baş məşqçinin yerində olmadığını açıq-aydın göstərir".
Keçmiş idmançı bu məsələdə bütün məsuliyyəti baş məşqçi Fernandu Santuşun daşımalı olduğunu vurğulayıb: "Təbii ki, bəzi şəxslər bunu AFFA ilə əlaqələndirməyə çalışırlar.
Tam oxu
Xəbəri oxu