Milli Məclisin deputatı İspaniyaya səfər edəcək

09.12.2024

Operativmedia saytına istinadən Icma.az xəbər verir.

"Operativ Media" Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, deputatımız burada Ümumdünya İnsan Hüquqları Günü münasibətilə keçiriləcək və müharibələrin, silahlı münaqişələrin işıqlandırılması üzrə ixtisaslaşmış nüfuzlu ispan fotoqraf Qervasio Sançezin ölkəmizə səfəri zamanı çəkdiyi fotoşəkillərdən və mina qurbanlarının fərdi həyat hekayələrindən ibarət “Səssiz əks-səda: Mina qurbanlarının danışılmamış hekayələri” adlı fotojurnalın təqdimat mərasimində iştirak edəcək.

Səfər çərçivəsində deputat Sevil Mikayılovanın İspaniya Parlamentində bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью