Milli Məclisin deputatı Lənkəranda bir sıra görüşlər KEÇİRDİ FOTO

30.11.2024

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Lənkərana səfər edib.
Bizim.Media xəbər verir ki, səfərin məqsədi ADA Universiteti, ADA Universiteti Fondu (ADAF), "Referans Medical Group" və “PAŞA Bank”ın birgə təşkilatçılığı, TƏBİB-in dəstəyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında keçirilən ödənişsiz tibbi müayinələrin təşkili olub.
Səfər çərçivəsində F. İsmayılzadə İkinci Qarabağ müharibəsi şəhidi Zülfüqarzadə Fariz Fərhad oğlunun anım mərasiminə qatılıb, eləcə də Vətən müharibəsi şəhidi Aqil Əkbərovun ailəsini ziyarət edib.
Bununla yanaşı, Lənkəranda Uşaq Musiqi Məktəbində və Gənclər Karyera Mərkəzində gənclərlə görüş keçirilib.


Bizim.Media
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью