Milli Məclisin deputatları Qazaxıstandakı seçki prosesini izləyiblər

24.08.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 24 avqust, AZƏRTAC

Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Qazaxıstan Respublikasının paytaxtı Astanaya, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə Almatı şəhərinə rəsmi səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər Qazaxıstanda keçirilən parlament seçkiləri çərçivəsində baş tutub. Deputatlar Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyətinin tərkibində beynəlxalq müşahidəçi qismində Azərbaycanı təmsil edərək seçki prosesini izləyiblər.

Səfər zamanı Astana və Almatı şəhərlərində müxtəlif seçki məntəqələrində səsvermənin təşkili, seçki prosesinin gedişi və seçicilər üçün yaradılmış şəraitlə tanışlıq həyata keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью