Milli Məclisin deputatları QDİƏT PM in tədbirində iştirak edəcəklər

07.04.2025

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin komitə iclasında iştirak edəcəklər. Bu barədə SİA-ya parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirə Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və deputat Səbinə Salmanova qatılacaq.

Deputatlar bu məqsədlə sabah Rumıniyanın Buxarest şəhərinə səfər edəcəklər.

Səfər çərçivəsində QDİƏT PM-in İqtisadi siyasət və inkişaf komitəsinin 64-cü iclasında iştirak nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью