Milli Məclisin deputatları və Türkiyənin Düzce Universitetinin rəhbərliyi arasında görüş keçirilib

24.04.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 24 aprel, AZƏRTAC

Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva və Azərbaycan Dillər Universitetinin prorektoru, deputat Tamam Cəfərova “Türk dünyasında qadın: Uğur hekayələri” adlı beynəlxalq simpozium çərçivəsində Türkiyənin Düzce şəhərinə səfər ediblər.

AZƏRTAC xəbər verir ki, deputatlar simpoziumu təşkil edən Düzce Universitetinin rektoru professor Nedim Sözbir ilə görüşüblər.

Görüşdə universitet tərəfindən beynəlxalq miqyasda gerçəkləşdirilən simpoziumun qadınların Türk dünyasında artan rolunu və uğurlarını işıqlandırmaq baxımından xüsusi önəm daşıdığı qeyd olunub. Tərəflər türk dövlətləri arasında həmrəylik əlaqələrinin gücləndirilməsi, ortaq tarixi-mədəni irsin təbliği istiqamətində bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Deputatlar Azərbaycan tərəfinin elm, təhsil və mədəniyyət sahəsində yeni təşəbbüslərə açıq olduğunu bildirərək, bu cür əməkdaşlıqlara dəstək ifadə ediblər.

Görüş gələcəkdə ortaq layihələrin həyata keçirilməsi və akademik əlaqələrin daha da genişləndirilməsi istiqamətində perspektivlərin dəyərləndirilməsi ilə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью