Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib YENİLƏNİB AZƏRTAC | Icma.az
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 20 dekabr, AZƏRTAC Dekabrın 20-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib.AZƏRTAC xəbər verir ki, Sahibə Qafarova Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin dekabrın 17-də və 18-də qardaş Türkiyəyə rəsmi səfəri barədə məlumat verib.
Sonra plenar iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb.
Parlamentin sədri gündəliyə 11 məsələnin daxil edildiyini və ilk məsələnin üçüncü oxunuşda təqdim olunan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu söyləyib.Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu qanun layihəsi ilə bağlı məlumat verib.
O, sənədin birinci oxunuşda müzakirəsi zamanı deputatların bəzi məsələlərlə bağlı öz qeydlərini səsləndirdiyini bildirib.Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.Gündəlikdəki digər 8 məsələ ikinci oxunuşda qanun layihələri olub.
Bildirilib ki, növbəti iki məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Diplomatik xidmət haqqında” qanunun layihəsi (ikinci oxunuş) barədə məlumat verib.
Bildirilib ki, qanun layihəsi Azərbaycanın diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətlərini və funksiyalarını, diplomatik xidmət orqanlarında xidmətin hüquqi əsaslarını və təşkili qaydalarını, eləcə də diplomatik xidmət orqanı əməkdaşlarının hüquqi vəziyyətinin əsaslarını, əməkdaşların və onların ailə üzvlərinin maddi təminatı və sosial müdafiəsi ilə bağlı məsələləri tənzimləyir.Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə fikirlərini və rəhbərlik etdiyi komitənin rəyini bildirib.Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsində, Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Tam oxu
Xəbəri oxu