Milli Məclisin iclasında 17 məsələ müzakirə edilib YENİLƏNİB AZƏRTAC | Icma.az
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 27 dekabr, AZƏRTAC Dekabrın 27-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Bakı Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğradığını xatırladaraq həlak olanlara Allahdan rəhmət diləyib, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə sağalması arzulayıb.Sonra gündəlikdə yer alan 17 məsələnin müzakirəsi başlayıb.
İlk 3 məsələnin beynəlxalq sənədlərin təsdiq edilməsi barədə qanun layihələri olub.
Bu sənədlər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılaraq qəbul edilib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Söyüdlü (Zod) qızıl yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in qəbul və təsdiq olunması, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsini təqdim edib.
O, qanun layihəsinin ölkə başçısı tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu deyib.
Bildirilib ki, Saziş 2024-cü il dekabrın 10-da Bakı şəhərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə “Asian Mining Holding FZ” LLC və AzerGold-un Ortaq Şirkəti arasında imzalanıb.
Tam oxu
Xəbəri oxu